Məşhur rektorun oğlundan örnək addım - FOTO

Məşhur rektorun oğlundan örnək addım - FOTO

ADAU-nun rektoru İbrahim Cəfərovun oğlu Cavid Cəfərov ölkəmizdə koronavirus səbəbi ilə karantin rejimi elan olunduqdan sonra işsiz qalan bir ailənin yardım çağırışına səs verib.

KONKRET.az xəbər verir ki, ailə sosial şəbəkə vasitəsilə yardıma ehtiyacları olduqları barədə jurnalist Ləman Ələşrəfqızına məlumat verib.

Jurnalistin sözügedən məsələni Facebook səhifəsində yazmasından dərhal sonra C.Cəfərov ailəyə yardımı üzərinə götürüb.

Qeyd edək ki, Cavid Cəfərovun atası İbrahim Cəfərov ölkədə gənclər tərəfindən çox sevilən rektordur və dəfələrlə “İlin ən yaxşı rektoru” müsabiqəsində böyük səs çoxluğu ilə birinci olmuşdur.

Fəqan MUXTAR

KONKRET.az

Mənbə: konkret.az