İran raketlərinin partlayış gücünu və sürətini artıracaq

İran raketlərinin partlayış gücünu və sürətini artıracaq

İranın Müdafiə Naziri, general Əmir Hatəmi ölkəsinin istehsal etdiyi raketlərin sürətini və onların başlıqlarının partlayış gücünü artırmağı planlaşdırdığını bəyan edib.

“Tasnim” xəbər verir ki, Hatəmi həmçinin “yer-yer” tipli raketlərin tam dəqiqlik həddinə çatdırıldığını və onların keyfiyyətinin daha da artırılması istiqamətində əlavə işlərin görüləcəyini qeyd edib.

“Hal-hazırda raketlərin sürət və manevr qabiliyyətini artırmaq istiqamətində olduqca səmərəli araşdırma proqramlarımız var”, - deyə nazir əlavə edib.

Mənbə: www.oxu.az