İtaliyada karantin rejimi uzadılacaq

İtaliya hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə daha əvvəl tətbiq etdiyi üç həftəlik karantin rejimininin müddətini uzadacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Roberto Sperantsa məlumat verib.

“Təbii, bizim bu tədbirləri görməyə ehtiyacımız var. Biz onları dayandırmaq haqda düşünsəydik, faciəvi səhv etmiş olardıq”, - nazir “Rai2” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bazar ertəsi Nazirlər Kabineti yanında Elmi komitənin iclası keçiriləcək, hansı ki, indiki karantin rejiminin effektivliyinə qiymət verəcək.

“Bizə daha çox vaxt lazımdır”, - nazir deyib.

Qeyd edək ki, İtaliya koronavirusun yayılması üzrə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Ən son rəsmi məlumatlara əsasən, orada 97,6 min yoluxma faktı təsdiqini tapıb, 13 mindən çox xəstə sağalıb, qurbanların sayı 10 mini ötüb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ yeni düzən qurur: "Ümumdünya hökuməti"... – Sensasion şərh

SONRAKI XƏBƏR

Rumıniyada koronavirusa yoluxanların sayı artıb