"100- 200 min ölümlə vəziyyətdən çıxsaq, yaxşı bir iş görmüşük deməkdir"

"100- 200 min ölümlə vəziyyətdən çıxsaq, yaxşı bir iş görmüşük deməkdir"

Ağ Ev Kovid-19 ilə Mübarizə komandasının üzvlərindən Doktor Antony Faucinin "ABŞ-dakı ölüm rəqəmlərin 100 - 200 min civarında ola biləcəyi" açıqlamasını edib.

Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp açıqlamaya münasibət bildirib.

"Biz heç bir şey etməsəydik 2,2 milyon insanın ölməsi gözlənilirdi, amma bundan çox aşağı olan 100- 200 min ölümlə bu müddətdən çıxsaq, yaxşı bir iş görmüşük deməkdir",- Tramp deyib.

ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirus epidemiyasına qarşı tətbiq edilən tədbirlərin müddətini 30 Aprelə qədər uzadıldığını açıqlayıb.

Trap, "Epidemiyadakı ölüm nisbətlərinin 2 həftəyə qədər ən yüksək səviyyəsinə çatmasını gözləyirik. 1 İyuna qədər isə yaxşılaşma müddətində olmağı ümid edirik" deyib.

Dünyda koronavirus pandemiyasında ölənlərin sayı 34 min nəfərə çatıb, xəstələrin sayı 722 min nəfəri keçib. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da virusa yoluxduğu aşkarlananaların sayı 142 mini keçib, ölənlərin sayı isə 2 min 500-ə çatıb.

Mənbə: marja.az