Köçəryan həbsxanadan qondarma "Arsax "rəhbərliyinə nələr yaz(ma) dı... AYDIN QULİYEV

Köçəryan həbsxanadan qondarma "Arsax "rəhbərliyinə nələr yaz(ma) dı... AYDIN QULİYEV

Aydın Quliyev

Qondarma "DQR"-in və satellit Ermənistanın ilk prezidentiolm uş,hazırda məhbus həyatı yaşayan Robert Köçəryan "Arsax"adlandırdığı separatçı bölgənin əhalisinə "xalq"deyərək martın 29 -da müraciət edib.Müraciətini koronavirus məsələsi ilə əlaqələndirsə də ,əslində "heç də dağların arxasında olmayan"böyük siyasi məsələlərə aid mesajlar verib.Bu cəhətdən onun iki fikri diqqətimi xüsusi cəlb etdi.

1.Əminəm ki ,"Arsax hökuməti "zəruri olanda bütün təhlükələri dəf etmək üçün ən fövqəladə tədbirlərə gedəcək.

2.Əminəm ki ,yaxın bir neçə ildə "Arsaxa"qəhrəmanlıq keçmişi olan cəsur bir şəxs rəhbərlik edəcək.

Bunlar Köçəryanın sözləri idi.Az qala birbaşa deyilib və arxasında hansı mətləblərin gəldiyini görmək üçün çox da dərin təhlillərə baş vurmağa ehtiyac görünmür.

Mənim gəldiyim qənaətlər:

1."Arsax"adlandırılan qondarma rejim seçkilər ərafəsində olduğu üçün Paşinyan hakimiyyətinin mümkün müdaxilələrinin qarşısını almaq üçün "Arsax"hökumətinə açıq-aşkar fövqəladə tədbirlərə getmək tövsiyyə olunur.

2.Köçəryan 80-ci illərin sonunda Qarabağda birgə separatizmlə məşqul olduğu silah yoldaşlarından birini yenidən "DQR-də"hakimiyyətə gətirməyi planlayır.

Söz yox ki,Paşinyan da onun müraciətini diqqətlə təhlil edəcək.(status)

Mənbə: olaylar.az