Zelenski Ukraynanın koronavirusa görə defolt təhlükəsi ilə üzləşməsini istisna etmir

Zelenski Ukraynanın koronavirusa görə defolt təhlükəsi ilə üzləşməsini istisna etmir

Prezidentin qeyd etdiyi kimi, Ukrayna beynəlxalq tərəfdaşlardan ölkə iqtisadiyyatını dəstəkləmək məqsədi ilə 10 milyard dollar vəsait istəyib. Vladimir Zelenski torpaq islahatı keçirməyi və banklar haqqında yeni qanun layihəsi qəbul etməyi planlaşdırır. Əks təqdirdə ölkə defolt təhlükəsi ilə üz-üzə olacaqdır.

Banker.az bu barədə xarici mətbuata istinadən məlumat verir.

O izah edir ki, maddi yardım almaq üçün Ukrayna parlamenti martın 30-u keçiriləcək fövqəladə iclasda iki qanun qəbul etməlidir. “Biz və hökumət yolumuzu seçdik. İndi xalq deputatlarının növbəsidir”, – deyə Zelenski vurğulayır.

Zelenski həmçinin vətəndaşları evdə qalmağa və xüsusi ehtiyac olmadan çölə çıxmamağa çağırır.

Mənbə: banker.az