Boris Consondan qaçaraq uzaqlaşan müşavirin testi də pozitiv çıxdı - VİDEO

Boris Consondan qaçaraq uzaqlaşan müşavirin testi də pozitiv çıxdı - VİDEO

Böyük Britaniyanın Baş naziri Boris Consonun baş müşaviri Dominik Kumminqsin də koronavirus testi pozitiv çıxıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Xatırladaq ki, Consonun koronavirus testinin pozitiv çıxması ilə Kumminqsin ofisdən qaçaraq çıxmasını əks etdirən görüntülər sosial mediada böyük maraqla qarşılanmışdı.

Yeri gəlmişkən, bunu da əlavə edək ki, Consonla ünsiyyətdə olan Britaniya Səhiyyə nazirinin də test nəticələri müsbət çıxıb.

Mənbə: www.oxu.az