"İstanbulun 60%-i təhlükə altındadır. Küçəyə çıxmaq qadağası elan edilməlidir" - Əkrəm İmamoğlu

"İstanbulun 60%-i təhlükə altındadır. Küçəyə çıxmaq qadağası elan edilməlidir" - Əkrəm İmamoğlu

"Təhlükənin 60%-i İstanbuldadır. Türkiyə üçün olmasa belə İstanbulda küçəyə çıxmaq qadağası elan edilməlidir".

Avropa.info xəbər verir ki, bu sözləri İstanbul meri Əkrəm İmamoğlu FOX Tv-də qonaq olduğu proqramda deyib.

"İstanbulun 60%-i təhlükə altındadır. Şəhər əhalisinin 15%-i çölə çıxsa, 2,5 milyon nəfər edər. Hava bir az yaxşılaşınca insanlar çölə çıxırlar. Türkiyə üçün olmasa belə İstanbulda küçəyə çıxmaq qadağası elan edilməlidir".

İmamoğlu epidemiyada ən böyük loqistik qüvvənin bələdiyyələrin olduğunu, şəhərdə səhra xəstəxanaları qurmaq üçün yerlərin olduğunu bildirib. O, borcların təxirə salınmasını, ƏDV-nin ləğvini istəyib.

"İstanbulun ən böyük ehtiyacı vətəndaşlarımızın gündəlik ehtiyaclarıdır. 250 min ailəyə sosial yardım göstəririk. Bu prosesdə 50 mindən çox yardım müraciəti aldıq. Tələblərin artacağı görünür" - İmamoğlu əhalinin pisləşən vəziyyəti ilə bağlı ölkəni siyasi həmrəylik göstərməyə çağırıb.

Mənbə: avropa.info