Paşinyan “DQR”də istəyinə nail olacaq?

Paşinyan “DQR”də istəyinə nail olacaq?

İzvestiya:"Separatçılar onu hələ də siyasi liderkimi qəbul etmir” QondarmaDağlıq Qarabağ Respublikasında "seçki”ləri analiz edən Rusiyanın "İzvestiya” qəzetimövcud durumun gərgin olduğu qənaətinə gəlib. Nəşrin gəldiyi nəticə budur ki,"seçki” tamaşasında Nikol Paşinyanın üstünlük verdiyi namizəd qalib gəlsə də,bölgədə vəziyyət onun istədiyi kimi inkişaf etməyəcək. Müəllif yazır ki, martın31-də tanınmamış qurumda keçiriləcək şounun üç favoriti mövcuddur - qondarmaqurumun "xarici işlər naziri”, keçmiş "baş nazir” və "Təhlükəsizlik Şurası”nınkeçmiş rəhbəri. "İzvestisiya” yazır ki, "seçki”lər Ermənistan və separatçıqurum nümayəndələri arasında ən gərgin fonda keçir və bu səbəbdən də ekspertlərsəsvermənin nəticələrinin necə sonuclanacağını proqnoz etməyin çətin olduğunubildirirlər. Müəllif yazır ki, Ermənistanlaseparatçı qurum arasında ziddiyyətlər 2018-ci il "məxməri inqilab”dan sonrastart götürüb: "Buna qədər Ermənistanı Qarabağ klanının nümayəndələri RobertKoçaryan və Serj Sarkisyan 20 il idarə ediblər. Lakin 2018-ci ildəqarabağlıları hakimiyyətdən uzqlaşdırdılar və baş nazir postunu müxalifətçiNikol Paşinyan tutdu. Hökumətin tərkibini dəyişərək, növbədənkənar parlamentseçkiləri keçirdi. Onun tərəfdarları iri şəhərlərdə, o cümlədən Yerevanda rəhbərliyiələ keçirdilər. Lakin separatçı qurumda təmsil olunan əvvəlki rəhbərlikhakimiyyətdə mövqelərini qoruyub saxlaya bildi və yeni hakimiyyətin başlatdığıməhkəmə təqiblərinə qarşı çıxdılar. Xüsusən də eks-prezident Robert Koçaryanınhəbsinə qarşı sərt formada etiraz etdilər. Koçaryanı 2008-ci il aksiyası zamanıkonstitusiya quruluşunu devirmək cəhdində ittiham ediblər. O zaman aksiyalara rəhbərlikedən Paşinyan iki il müddətinə həbsə alındığından, başladılan cinayət işləriniqisas cəhdi adlandırırlar”.
Məqaləmüəllifi yazır ki, Qarabağ hakimiyyət orqanları Koçaryanın müdafiəsinəqalxdılar. Hətta separatçıların indiki və keçmiş "prezidentləri” - Bako Saakyanvə Arkadi Qukasyan 2019-cu ilin mayında Ermənistan baş prokurorluğuna məktublamüraciət edərək həbs olunan şəxsin azadlığa buraxılmasını xahiş ediblər. Lakinrədd cavabı alıblar. Ardınca da 2 min dollar girov qoyaraq Koçaryana şəxsənzamin durduqlarını bildirdilər. Koçaryanı azad etdilər, lakin ardınca Nikol Ermənistanboyu bütün məhkəmə binalarının boklanmasına çağırış etdi. Təzyiqlərə dava gətirməyənhakimlər, bir ay sonra yenidən Koçaryanın həbs olunması barədə qərarçıxardılar. Rusiya nəşri yazır ki, Paşinyanın Azərbaycan prezidenti iləapardığı danışıqlar da separatçı qurumda narazılıq doğurdu: "DQR” da iki ölkə cəmiyyətlərininsülhə hazırlandığı barədə fikirlər ciddi tənqid olundu. Məsələn, separatçılarıntanınmış nümayəndəsi, "təhlükəsizlik şurası”nın keçmiş katibi Vitali Balasanyan"sülhə hazırlıq nə deməkdir, sülh müqaviləsi yoxdursa, nədən söhbət gedə bilər?Mən indi sual verirəm, xalq, sülhə hazırsanmı?”- deyə ironik şəkildə bildirib.Ardınca da gərginlik o həddə çatdı ki, Balasanyanı tələm-tələsik qovdular. BakoSaakyan da növbəti dəfə namizədliyini irəli sürmədi. Gərginlik o həddə çatdıki, Paşinyan qondarma qurumun əks-inqilabın məskəni kimi qələmə verilməsindən çəkinməyəçağırdı. "Əgər kimsə, Qarabağı əks-inqilabın ocağına çeviməyə çalışırsa,Qarabağ əhalisi oranı inqilabın məskəninə çevirəcək”, - deyə Rusiya nəşri Paşinyandan sitat gətirib.
Beləliklə,31 mart "seçki”lərində 14 namizəd qeyd alınıb və əsas favoritlərdən biri "XİN”rəhbəri Masis Mailyandır. O, biznesi dövlət strukturundan ayırmağı, separatçıqurumu tərk edib gedənləri geri qaytaracağını vəd edir. Bir çoxları onunseparatçı müharibədə iştirak etmədiyini və döyüş təcrübəsinin olmadığını irəlisürürlər. Bu səbəbdən də opponentləri onu mülki namizəd adlandırırlar. Ona görədə, Mailyana separatçı qurumun keçmiş "müdafiə naziri” Samvel Babayanın dəstəyizəruridir.
İkincifavorit isə oliqarx, "Azad Vətən” partiyasının lideri Araik Arutunyandır. Bu şəxsPaşinyanı və yeni hakimiyyəti dəstəkləyir. Üçüncü "namizəd” isə VitaliBalasanyandır. "İzvestiya” yazır ki, "köhnə qvardiya”nın namizədi olanBalasanyan Koçaryana qarşı irəli sürülən ittihamların gülüş doğurduğunu,Paşinyanı isə Qərbin təyin etdiyi şəxs adlandırır. O bildirir ki, Ermənistandahakimiyyət bütün səviyyədə zorla ələ keçirilib, 2018-ci il parlament seçkiləriisə qanunsuz idi: "Baş nazirin atdığı bütün addımlar cinayət tərkiblidir. Onunməhkəmə binalarını mühasirəyə almaq çağırışı isə konstitusiya quruluşunundevrilməsi cəhdidir. Vaxtı gələndə hamı atdığı qanunsuz addımlara görə məsuliyyətdaşımalı olacaq”. Balasanyan yeganə namizəddir ki, mövcud danışıqlar prosesinənarazılıq edir. O, qondarma qurumun danışıqlar prosesində iştirakını tələbedir.
"İzvestisiya”onu da yazır ki, indiki "seçkilər” qondarma qurumun idarəçilik sisteminin dəyişməsinəgətirib çıxaracaq. "DQR” qarışıq prezident-parlament sistemindən prezident üsulidarəsinə keçəcək. Ekspertlər qəzetə bildiriblər ki, qondarma seçkilərdə ənşanslı iki namizəd – Masis Mailyan və Araik Arutunyandır. Erməni siyasi şərhçisiAyk Xalatyan bu qənaətdədir ki, "qalib” ikinci turda müəyyən olunacaq. Onun qənaətincə,Mailyanın idarəçiliyi dövründə keçmiş məmurlara qarşı cinayət işləriqaldırılacaq. Onların əmlaklarının müsadirə olunması prosesi başlayacaq."Arutunyanın qalibiyyəti isə proseslərin bir qədər yumşaq gedəcəyinə səbəbolacaq”. Bunu isə "İzvestiya”ya politoloq Artur Atayev bildirib. Onun qənaətincə,"DQR” hələ də Paşinyanı siyasi lider kimi qəbul etmir. "Qurumda hərbi sindromxarakterikdir – döyüş təcrübəsi olmayan siyasətçi nüfuzlu şəxs hesab edilmir.Bu mənada "məxməri inqilab” Ermənistanı DQR-dən ayırıb. Seçkilər respublikadayeni mentalitetin formalşıb-formalaşmayacağını üzə çxaracaq. Əgər Mailyan qalibgələrsə, onda DQR və Ermənistan arasında münasibətlər yenidən əvvəlki təkolacaq. Əgər Arutunyan qalib gələcəksə, onda Qarabağ bir qədər müstəqilolacaq.” AzərNURİYEV

Mənbə: kaspi.az