İsraildə koronavirusa yoluxan xəstələrin sayı artdı

İsraildə koronavirusa yoluxan xəstələrin sayı artdı

İsraildə koronavirusa yoluxmuş xəstələrin sayı 4 min 247-ə çatıb.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsraildə koronavirusa yoluxmuş xəstələrin sayı 4 mini keçib. İsrail Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada 74 nəfərin vəziyyətinin ağır olduğu, 89 nəfərin sağaldığı bildirilib.

Qeyd edilir ki, Kovid-19 ilə əlaqədar bu günə qədər ölkədə 15 nəfər ölüb.

Şəlalə Babayeva

Mənbə: sonxeber.az