Bütün dünyaya təsir edən ölümcül koronavirusla bağlı daha bir sirr ortaya çıxıb.
SONXEBER.AZ Türkiyə mediasına istinadən bildirir ki, Honkonq universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, koronavirus uzun müddət 4 dərəcə Selsidə aktiv olaraq qalır.
Alimlər virusun uzun müddət 4 dərəcə istilikdə sabit qaldığını və dezinfeksiya olunmadığı təqdirdə, təsirini yalnız 14 gündən sonra azalmağa başladığını bildiriblər. Onlar virusun 70 dərəcə istidə yoxa çıxacağını da bildiriblər.
Şəlalə Babayeva
Mənbə: sonxeber.az