ABŞ-ın Qarabağa qanunsuz yardımı dayandırmasının əsl səbəbi

ABŞ-ın Qarabağa qanunsuz yardımı dayandırmasının əsl səbəbi

“Qarabağa (işğal altında olan Qarabağdakı qondarma qurum – red.) ABŞ yardımının dayandırılmasının əsl səbəbi Ermənistan minaaxtaranlarının Suriyada olmasıdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.

O bildirib ki, ABŞ bunu yolverilməz hesab edib və Ermənistan hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib, lakin Ermənistan hakimiyyəti “müvafiq” addımlar atmayıb.

“Bəli, əsas səbəb budur, hələ minaaxtaranların Suriyaya göndərilməsi qərarından əvvəl ABŞ Dövlət Departamenti tərəfindən bəyanat verildi ki, Birləşmiş Ştatlar bunu onlara qarşı fəaliyyət kimi qəbul edəcək. Amerikalılar başqa bir incəliyi də söyləyirlər ki, əgər sizin minatəmizləmə imkanlarınız varsa, ABŞ-da təlim keçən erməni minaaxtaranları bu gün Suriyadadırsa, Suriyaya göndərmək imkanınız varsa, gətirin Qarabağa, niyə bunu biz etməliyik?”, - deyə Sarkisyan qeyd edib.

Jurnalistin “Bu, ABŞ tərəfindən cəza fəaliyyəti, “qırmızı vərəqə” idi?” sualına erməni politoloq cavab verib ki, buna cəza demək olar, lakin hər hansı rəng vərəqəsi problemi yoxdur.

Mənbə: ordu.az