Dalay Lama koronavirusa görə dünyaya səsləndi: "Cəsarətli olun!"

Dalay Lama koronavirusa görə dünyaya səsləndi: "Cəsarətli olun!"

Buddistlərin dini lideri Dalay Lama koronavirusun yayılması ilə əlaqədar bütün insanlara “xüsusi bir mesaj” ilə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Central Tibetan Administration” nəşri yaıb.

Mənbə bildirir ki, o, pandemiyanın öhdəsindən gəlmək üçün insanlara qətiyyətli və cəsarətli olmağı arzulayıb.

84 yaşlı dini lider Hindistanın şimalındakı Dxaramsala iqamətgahında karantindədir.

Dalam Lama bütün insanların barış və xoşbəxtlik qazanması, vəba xəstəliyinə erkən son verməsi üçün dua edib.

O, sağlamlıq və rifaha təhdidlər qarşısında narahatlıq və qorxu hissi keçirməyin təbii olduğunu vurğulayıb.

Dalay Lama tibb işçilərinə xüsusi minnətdarlığını bildirib.

“Öz həyatlarını təhlükə altına qoyurlar, başqalarının həyatlarını isə xilas edirlər. Onların xidməti həqiqətən şəfqətdir”. Buddistlərin ruhani lideri belə deyib.

Daha əvvəl xəbər verildiyi kimi, Dalay Lama koronavirusla mübarizə yolundan danışıb və Tara mantrasını mümkün qədər tez-tez oxumağı tövsiyə edib.

Mənbə: konkret.az