“Həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması indiki vəziyyətdə ən doğru qərardır”

“Həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması indiki vəziyyətdə ən doğru qərardır”

Emin Həsənli: “Görülən tədbirlər vətəndaşlarımızın, əsgərlərimizin təhlükəsizliyi üçündür”

Xəbər verdiyimiz kimi,Milli Məclisin bugünkü iclasında həqiqi hərbi xidmətə çağırışı müddətinin 31 maytarixinə qədər uzadılmasına qədər verilib.

Moderator.az-a açıqlamasındaməlum qərara münasibət bildirən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınüzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri EminHəsənli bunu yerində qəbul edilən düzgün qərar kimi dəyərləndirib:

“Bu, tam doğru bir qərardır.Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, çağırış sistemi uzadılır. Nəmüharibə, nə də atəşkəs dövründə belə bir addım atılmayıb. Lakin bu günkoronavirusla bağlı elə bir təhlükəli situasiya meydana gəlib ki, belə biraddımın atılmasını zəruri edib.

Bu gün bu xəstəlik bütündünyada sürətlə yayılmaqdadır. Azərbaycan dğövləti bu virusun yayılmasının qarşısınıalmaq üçün operativ qərarlar qəbul edib. Ictimai iaşə obyektləri, təhsil müəssisələrivə s. bağlanıb. Hazırda mərhələli şəkildə karantin şərtlərinin sərtləşməsimüşahidə edilməkdədir. Fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı da fikirlərsəslənirdi. Inşallah, inanıram ki, biz bu virusa qalib gələcyik və fövqəladə vəziyyətinelanına da ehtiyac olmayacaq.

Həqiqi hərbi xidmətəçağırış sisteminin xüsusiyyəti bundan ibarətdir ki, hər bir rayondan, şəhərdən,kənddən hərbi xidmətə gənclər cəlb olunur. Bir neçə gün bu virus özünü gizlisaxlaya bilir. Bu səbəbdən də çağırış müddətinin uzadılması ölçülüb-biçilmişbir qərardır və təqdir edilməlidir.

Bu gün ölkəmizdəki bütüngüc orqanları, onların tabeliyindəki hərbi hissələr xüsusi rejimdə fəaliyyətgöstərir. Hərbçilərimizin təhlıükəsizliyi istiqamətində ciddi addımlar atılır. Buməqsədlə onların valideynlərlə görüşü də məhdudlaşdırılıb. Qeyd etdiyim kimi, bunlarınhamısı əsgərlərimizin sağlamlığı üçündür. Vətəndaşlarımızın böyük əksəriyyətibu tədbirləri anlayışla qarşılayır. Məqsəd vətəndaşlarımızı, insanlarımızıqorumaqdır. Mən bunu mövcud vəziyyətdə qəbul edilən ən doğru qərar hesab edirəm”

 

Mənbə: moderator.az