Polisin koronavirusla ilgili aptek reydləri cəmiyyətin mübahisəsiz dəstəyini qazandı

Polisin koronavirusla ilgili aptek reydləri cəmiyyətin mübahisəsiz dəstəyini qazandı

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda da davam etdirilir. Məlum olduğu kimi, hazırda ölkədə koronavirusla mübarizə istiqamətində ciddi tədbirlər görülür ki, bütün bunlar da vətəndaşların virusa yoluxma risqini minimuma endirməyə hesablanıb.

Lakin bu tədbirlər fonunda apteklərdə bir sıra zəruri tibbi ləvazimatların və preparatların qəhətə çıxması insanların pandemiya ilə mübarizə əzminə bilavasitə təsir göstərməkdədir. Bu kimi halların qarşısını almaq üçün polis apteklərdə reyd keçirir. Reydin keçirilməsində məqsəd süni qiymət artımının qarşısını almaq, eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etməkdir.

Azər Həsrət: “Koronavirusla bağlı Azərbaycan polisinin fəaliyyəti yüksək qiymətləndirilməlidir”

Media təmsilçisi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, koronavirusla bağlı Azərbaycan polisinin fəaliyyəti yüksək qiymətləndirilməlidir: “Xarici ölkələrin polislərinin fəaliyyətinə diqqət yetirəndə xoş olmayan görüntünü müşahidə edirik. Ancaq Azərbaycan polisi kifayət qədər məsuliyyət və nəzakətlə öz işini yerinə yetirir. Azərbaycan polisi dövlətin qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla yanaşı, polis mənəvi cəhətdən də vətəndaşlara dəstək olur”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com