AB Azərbaycana təhsilin uzaqdan idarə olunması üçün pul ayırdı

AB Azərbaycana təhsilin uzaqdan idarə olunması üçün pul ayırdı

Avropa birliyi Azərbaycan da daxil 6 ölkə üçün dəstək fondu ayırıb hərəsi üçün 140mln. Bu pulla bölgələrdəki məktəblər üçün uzaqdan təhsilə də dəstək nəzərdə tutulub. Hər bir ölkədə təhsilin uzaqdan idarə olunması üçün 11,3 milyondan çox qrant ayrılıb. Bizimyol.info xəbər veri ki, Nazirlər Kabineti hələlik ali və orta ixtisas məktəblərində onlayn t təhsillə bağlı qərar qəbul etməyib.

Bununla yanaşı, Təhsil Nazirliyi ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.

Təhsil eksperti Elçin Əfəndinin dediyinə görə, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

 

Elçin Əfəndi

“• Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

• Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

• Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

• Böyük həcmli materialların yerləşdirilməsi;

• Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

• Qiymətləndirmənin aparılması alətlərində istifadə;

• Qrup işinin təşkili”.

Ekspert qeyd edib ki “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb. ”Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir. Bəs elə isə tələbə? Tələbə əgər dərsə qoşula bilmirsə, o zaman bunun təhsil müəssisələri üçün ödənişiz olmasının nə əhəmiyyəti var?

Bundan əlavə qeyd edim ki, Təhsil Nazirliyi gözəl təşəbbüs irəli sürür və tövsiyyə edir. Amma tövsiyyə hüquqi əsasa malik deyil. Tövsiyyə başqa, qərar və ya sərəncam başqa. Əgər bu qərar və ya sərəncam statusunu alaraq hüquqi əsasa minərsə, o zaman mən də alqışlayacam. Hal-hazırda alqışlaya bilmirəm. Fikirlər təqdirəlayiqdir, amma əmması var.

Təklif edirəm ki, aşağıdakı məsələlər həllini tapsın və ondan sonra tələbələr dərslərə qoşulsun:

I. Nazirlər Kabineti və məsul qurumlar Təhsil Haqqında qanunda düzəliş etməli, Distant formalı təhsil həmin qanunda öz əksini tapsın.

II. Tarif Şurası, internet provayderlər sürət və qiymət məsələsinə baxsın.

III. Mobil operatorlar tələbələrə xüsusi tarif paketi təqdim etsin.

IV. Dərslərə qoşula bilməyənlərə qaib məsələsi olmasın.

V. Dərsləri yalnız İT sahəsi üzrə təcrübəsi olan müəllimlər idarə etsin. İnformasiya texnologiyalarını biməyən müəllimlərə həvalə olunmasın.

VI. Konkret dərs cədvəlləri müəyyən olunsun və onun əsasında da dərslər başladılsın.

VII. Tələbələrə hədə-qorxu, kəsrlərlə qorxu, qaiblərlə qorxu aşılamaq olmasın. Onlara xüsusi izahlı mətn hazırlayıb göndərilməlidir ki, onlar dərslərə qoşulmaqda maraqlı olsunlar.

Xüsusi qeyd: Bütün bunlar öz həllini taparsa, o zaman olduqca yenilikiçi bir addım olacaq”,- deyə o bildirib .

Mənbə: www.bizimyol.info