"1918-ci il mart qırğınlarında qoçuların qorxusundan ermənilər kəndlərə girə bilmirdilər"-Tarixçi-alim

"1918-ci il mart qırğınlarında qoçuların qorxusundan ermənilər kəndlərə girə bilmirdilər"-Tarixçi-alim

1918-ci ilin yazında Stepan Şaumyanın rəhbər olduğu daşnak-bolşevik siyasi rejimi – Bakı Soveti – Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları törətmişdir.
Azərbaycanlıların kütləvi qırğınları ilə nəticələnən bu dəhşətli hadisələr əsasən Bakı, Şamaxı və Quba qəzalarında baş vermişdir. Belə ki, təkcə Bakı şəhərində cəmi üç gün ərzində – martın 30-dan aprelin 1-dək – erməni silahlı birləşmələri tərəfindən, müxtəlif məlumatlara görə, 10 mindən 50 minədək dinc, silahsız azərbaycanlı məhv edilmişdir. Bu qanlı cinayətlər erməni millətçiliyi tərəfindən "Böyük Ermənistan"ın yaradılması naminə Azərbaycan xalqına, ümumiyyətlə türk-müsəlmanlara qarşı dövlət hakimiyyəti səviyyəsində təşkil edilmiş əsl soyqırım aktları idi.

Mövzunu tarixçi-alim Dilavər Əzimli SONXEBER.AZ saytı üçün geniş şərh edib. O bildirib ki, bu məsələyə bir qədər qlobal rakursdan baxılmalıdır:

"Niyə baş verdi? Niyə məhz ermənilər? Bu suala cavab tapmaq üçün biz bu cinayətlərin arxasında dayanan qüvvələri də bura əlavə etməliyik. XIX əsrin ikinci yarısında dünya gücləri
Türk-Müsəlman dünyasını birdəfəlik məhv etmək üçün məhz erməniləri seçdilər.

Əslində "erməni məsələsi" birbaşa Osmanlı imperiyasını yox etmək üçün düşünülmüşdü. Bundan sonra da o biri Türk-Müsəlman əraziləri gəlirdi. Bu plan XIX əsrin sonlarında düşünülmüşdü. Baxın, Rusiya Azərbaycanı işğal edəndən sonra bizim ərazilərimizə erməniləri köçürməyə başladı. Bu vaxta qədər Osmanlı imperiyasına qarşı digər xalqlardan istifadə edib soyqırımlar törətdirmək istədilər amma alınmadı. Ona görə də ermənilərin üzərində dayandılar. Erməni mentaliteti yaltaq, qəddar, vəhşi bir mentalitetdir. Güclü görəndə yalvarır, yaltaqlanır, zəif görəndə vəhşiyə dönür. O zaman Rusiya öz maraqları üçün ermənilərdən istifadə etməyə başladı. Onu bu istiqamətdə Avropa və ABŞ dövlətləri də dəstəkləyirdilər, çünki Türk-Müsəlman dünyasına qarşı maraqları üst-üstə düşürdü. Rusiya erməniləri silahlandırırdı, bizimkilərin əlində olan "dayandoldurum"u da alırdı. Ermənilər Osmanlı imperiyasında başladıqları soyqırımı Azərbaycanın Güneyindən davam etdirərək, Quzeyinə keçirdilər. Azərbycanın Güneyində 300 min həmvətənimizi qətlə yetirdilər. Azərbaycanın Quzeyində də 100 mindən artıq insanı qətlə yetirdilər. Rusiya onlara dövlət yaratmaq sözü vermişdi. Onlar da buna çox həvəslə gedirdilər. Bunun baş məşqini ermənilər Rusiyanın əli ilə 1905-1906-cı illərdə sınaqdan keçirdilər. O zaman onların etdikləri vəhşiliklərdən Bakıda olan xarici ölkə nümayəndələri belə dəhşətə gəldilər. 1918-ci il Mart hadisələri isə erməni vəhşiliklərinin ən pik nöqtələri idi. Bizə daima təlqin ediblər ki, bunu ermənilər törətdilər. Sizdən soruşuram: Kimdir bu ermənilər? Onlar təkcə buna nail ola bilərdilərmi? Əlbəttə, mümkün deyildir. Azərbaycan əli silahsız belə onların öhdəsindən asanlıqla gələrdi. Amma ermənilərin arxasında Rusiya dayandı... Onları Böyük Britaniya, Fransa müdafiə etdi. Rusiya hərbçiləri ermənilərlə birlikdə vəhşiliklər törətdilər. Onlar təkcə Bakıda, Qubada, Şamaxıda deyil, Muğanda da bu vəhşilikləri törətdilər... Bu siyahıya siz Astaranı, Lənkəranı, Astarxanovkanı (Cəlilabad), Biləsuvarı da əlavə edin.

Ermənilərlə birgə molokanlar Cənub bölkəsində kəndləri yandırır, qadınları təhqir edir, başlarına olmazın işlər gətirirdilər. Ermənilərə külli miqdarda silah verilmişdi... Onlar da bundan istifadə edib Azərbaycanı viran qoyurdular. Amma onlara qarşı döyüşən mərd oğul və qızlarımız var idi. Bakıda mərd Bakı qoçuları onların qabağına çıxdı. Bu murdar ermənilər qorxudan Bakı kəndlərinə girə bilmədilər amma ən çox Bakıda, Qubada, Şamaxıda qırğınlar törətdilər. Bura Muğanı da əlavə edək. Bu yerlərdə həm də az da olsa ermənilər məskunlaşmışdı. O zaman Rusiya ordusunda xidmət edən erməni zabitlər Muğanda görünməmiş vəhşiliklər etdilər. Bilirsiniz ki, Rusiya ordusunda erməni zabitləri çox idi. Eyni zamanda rus dilli əhali də ermənilərlə həmrəy idilər. Bu bir tarixdir və yazmalıyıq. Bu haqda yüzlərlə, minlərlə sənədlər vardır. Bu haqda rusiyalı, avropalı diplomatların xatirələri vardır. İndi bu qədər köməyi olan bu murdar ermənilərlə bizimkilər təbii ki, bacara bilməzdilər. Nə yaxşı ki, qardaş Osmanlı dövlətindən Nuru Paşanın komandanlığı altında kömək gəldi. Əks halda, bu ərazilərdə nələrin yaşanacağını təsəvvür etmək belə mümkün deyildi. Biz bütün bu məsələlərə qlobal şəkildə yanaşmalıyıq. İndiyə qədər Muğan hadisələrindən, "Molokan qiyamı"ndan yetərli danışılamyıbdır. Biz bunlara kütləvi halda yanaşmasaq, gələcəkdə yenə də soyqırımlarla üzləşə bilərik. Biz bu erməni vəhşilərini Beynəlxalq məhkəməyə verməyə nail olmalıyıq.

Bu istiqamətdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Quzey Kıprız Cumhuriyyəti, hətta İran da çalşmalıdır. Çünki bu dövlətlərin hamısında erməni vandalları Rusiya və Avropa tərəfindən müdafiə olunaraq vəhşiliklər törədiblər. Bir də biz bu erməni vəhşiliklərini gələcək nəsillərə təqdim etmək üçün Soyqırım muzeyi yaratmalıyıq. Nəyə görə bunu etmirik, başa düşmürəm. Ermənilər olmayan soyqırım üçün abidə ucaldıb, hamıya göstərirlər. Amma indi dünya özü yaxşı bilir ki, onlar özləri soyqırım törədiblər. Bu mənada çox işlər görməliyik. Bu erməni vəhşiləri indi də Rusiyanın köməyi ilə işğal etdikləri ərazilərimizdə bizim tarixi abidələrimizi, məzarlıqlarımızı məhv edirlər. Buna görə də çox işlər görməliyik. Artıq dünya da bizim haqlı olduğumuzu qəbul edir".

F.Ağayeva


Sonxeber.az

 

Mənbə: sonxeber.az