Tramp bu gün Putinlə telefonla danışacaq

Tramp bu gün Putinlə telefonla danışacaq

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə bu gün telefonla danışacaq.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Tramp ticarət, koronavirusla mübarizə və neft qiymətlərini müzakirə etməyi planlaşdırır.

Ağ Evin sahibi Venesueladakı vəziyyəti müzakirə edəcəyini də istisna etməyib.

Amerika lideri Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az