Düşmən tərəfindən Azərbaycan əsgəri barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ

Düşmən tərəfindən Azərbaycan əsgəri barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ

Bəzi erməni elektron KİV-lərində guya Azərbaycan Ordusunda xidmət edən Kamran Lalayev adlı hərbi qulluqçunun evində yanıq xəsarətindən ölməsi barədə yaydığı məlumatla bağlı xəbərlər yayılıb. Müdafiə Nazirliyindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunda bu ad və soyadda hazırda xidmət edən və ya ehtiyatda olan hər hansı bir zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və ya əsgər yoxdur.
 

 

Mənbə: ordu.az