"Millətimizin yaşadığı bu acı tarixi ona görə dövlət səviyyəsində qeyd etməliyik ki..."

"Millətimizin yaşadığı bu acı tarixi ona görə dövlət səviyyəsində qeyd etməliyik ki..."

Bu gün Milli Məclisdəki müzakirələrdə qeyd etdim ki, bu ilin aprel ayının 28-də müstəqil Azərbaycan dövlətinin bolşevik Rusiyası tərəfindən işğalının 100 illiyi tamam olur. Millətimizin yaşadığı bu acı tarixi ona görə dövlət səviyyəsində qeyd etməliyik ki, müasir Azərbaycan dövləti həmin devrilən Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Dövlət olaraq öz tariximizin bu qanlı səhifəsinə biganə qala bilmərik. Hazırda virus bəlasının tüğyen etdiyi bir şəraitdə bunu geniş masştabda qeyd etmək imkanı olmasa da, ən azı Milli Məclisin bu tarixlə bağlı ayrıca qərar qəbul etməsi məqsədəuyğun olardı. O cümlədən digər mümkün olan tədbirlərin də keçirilməsi vacibdir. Bu kimi addımlarla müstəqilliyimizi qurmuş babalarımızın ruhuna sayğımızı ifadə etmiş olarıq.

Mənbə: moderator.az