Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur

Tbilisidə metro və sərnişin avtobuslarının işləməsi qadağan olunur

Tbilisi Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.

O deyib ki, həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur: “Taksilər də daxil olmaqla yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Bu nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər”.

Qeyd edək ki, Gürcüstanda sabah saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək.

Mənbə: report.az