"Əgər İrandan atılan raketlər Səudiyyə Ərəbistanına çatmırsa, Yəməndən atılan raketlər ora çatır"-RƏY

"Əgər İrandan atılan raketlər Səudiyyə Ərəbistanına çatmırsa, Yəməndən atılan raketlər ora çatır"-RƏY

Ötən gün Yəməndə hakimiyyəti ələ keçirmiş husilər Səudiyyə Ərəbistanı paytaxtı ər-Riyad şəhərinə iki ballistik raket atıb. Krallıq raketlərin "Patriot" HHM sistemləri tərəfindən vurulub salındığını bəyan edib.
Husilər isə ər-Riyada "Zülfüqar" raketləri və "Samad-3" adlı pilotsuz aparatlarla hücum edildiyini açıqlayıblar. Həmçinin Krallığın digər şəhərlərinə də raket və drom hücumlarının olduğunu bəyan ediblər. Xatırlatmaq lazımdır ki, ötən il sentyabrın 14-də Səudiyyə Ərəbistanının "Aramco" şirkətinin terminallarına raket və dronlarla hücum edən husilər krallığın neft istehsalını yarıya endirməsinə səbəb olmuşdular.

Hücumlar yenə də davam edərsə, böyük ehtimalla növbəti dəfə "Aramco"nun terminalları hədəfə alına bilər. Bu isə neft bazarına ciddi təsir göstərə bilər. Çünki martın əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı arasında anlaşmazlıqdan sonra Səudiyyə Ərəbistanı neft istehsalını kəskin şəkildə artırmaqla dünya bazarında neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb olub.

Bununla bağlı SONXEBER.AZ-a danışan politoloq Mübariz Əhmədoğlu Husilərin dünənki hucumunu Səudiyyə Ərəbistanının neft istehsalının artırmaqla bağlı qərarına cavab və reaksiya kimi dəyərləndirməyin düzgün olmadığını bildirib:

"Husilərin Səudiyyə Ərəbistanına raket zərbələrinin hesab edirəm ki, axırı da olacaq. Ümumiyyətlə, Yəməndə husi deyilən parametr olmayıb. Yəmən kasıb bir dövlət olub. Bütün vətəndaşları, qruplaşmaları da kasıb olublar. Buna baxmayaraq Yəmən Səudiyyə Ərəbistanının qonşuluğundadır. Əgər İrandan atılan raketlər Səudiyyə Ərəbistanına çatmırsa, Yəməndən atılan raketlər Səudiyyə Ərəbistanına çatır".

Politoloq hesab edir ki, Səudiyyə Ərəbistanını vuran İrandır. Bunun səbəbi isə ABŞ- la əlaqəlidir:

"ABŞ təkcə Səudiyyə Ərəbistanını vurdurmur, həm də İrana qarşı sanksyalarla bağlı mövqeyini dəyişssin deyə mesaj verir. Dünya bazarında neftin qiymətinin aşağı-yuxarı olması, İran üçün də, Husilər üçün də, Yəmən üçün də əlaqəsizdir".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az