Ağacanyan “dqr”ə müraciət etdi: Minlərlə azərbaycanlı...

Ağacanyan “dqr”ə müraciət etdi: Minlərlə azərbaycanlı...

Ermənistan-Azərbaycan Sülh Platformasının həmsədri, erməni tarixçi Artur Ağacanov qondarma “dqr”in separatçı rejiminə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciət qondarma rejimdə 31 mart “seçkiləri” ilə bağlıdır.

Müraciətdə bildirilib:

“Martın 31-də qondarma “dqr” növbəti tanınmamış prezident və parlament “seçkiləri”ni keçirməyə hazırlaşır. Bununla əlaqədar heç kim tərəfindən tanınmayan “dqr rəhbərliyi”nə müraciət edirəm. İnanıram ki, dünyada koronavirusun yayıldığı bir zamanda, minlərlə insanın öldüyü bir vaxtda heç bir ölkədə seçkilər tanınmayacaq və beynəlxalq müşahidəçilərin iştirakı olmadan seçkilərin keçirilməsi qəbuledilməzdir.

Seçkiləri keçirməklə Dağlıq Qarabağ əhalisini virusa yoluxma təhlükəsi ilə üz-üzə qoyursunuz. Sinizmin ən yüksək səviyyəsi laqeydcəsinə məsuliyyətizlik nümayiş etdirərək seçkilərin keçirilməsidir. Sizin və sizin kimi namizədlər üçün seçkilər Qarabağ sakinlərinin sağlamlığı və həyatından daha vacibdir. Dağlıq Qarabağ xalqının sağlamlığı və həyatı üçün bütün məsuliyyət sizin və bu seçkiləri dəstəkləyənlərin üzərinə düşür. Sizin üzünüzdən minlərlə qarabağlı azərbaycanlı qaçqın oldu. Qarabağ ermənilərinin digər bir hissəsi, siyasi və sosial səbəblərdən də Qarabağı tərk etmək məcburiyyətində qaldı. Qalan Qarabağ sakinləri isə ölüm təhlükəsi altındadır.

Qarabağ xalqı sizin və sizin kimilərdən daha yaxşı rəhbərlərə layiqdir. Mən əminəm ki, yeni formatda liderlər gələcək və onlar Qarabağ xalqının sağlamlığını, rifahını qoruyacaq. Və onlar siyasi və sosial səbəblərdən evlərini tərk edən minlərlə Qarabağ ermənisini və azərbaycanlıları geri qaytara biləcək.

Mənbə: axar.az