Korona: Yeni dünya düzəni belə formalaşacaq

Koronavirus pandemiyası yeni dünya düzəninin formalaşmasını sürətləndirəcək.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Məhməd Əli Yazar son proseslərlə bağlı şərhində deyib.

O bildirib ki, KOVİD-19 pandemiyası bəşəriyyətin əsl simasını ortaya çıxardı:

“ABŞ Avropaya sərhədlərini bağladığı, Avropa Birliyi (AB) ölkələri Şengen vizasını dayandırdığı halda, Çin, Kuba və Rusiya çətin durumda olan İtaliyaya yardım əlini uzatdı. Fikrimcə, bu, iki anlama gəlir: “İnkişaf etmiş” ölkələrin əslində bəlli məsələlərdə inkişaf etmədiyi, ikinci də "öncə mənafe” deyən ABŞ və AB ölkələri ilə digər ölkələr arasında əsaslı fərqlər olması... Artıq bir müddətdir ki, ABŞ-ın yuxarı dairələrində müzakirə aparılır. ABŞ-da mühüm vəzifədə olanlar Trampa səslənərək, Çinlə əməkdaşlığa sövq edirlər. Çünki bilirlər ki, Çinlə əməkdaşlıq etməyən ABŞ-ın özünü də, müttəfiqlərini də böhrandan çıxarmaq şansı yoxdur. Bax, bu həqiqət yeni dünya düzənini formalaşdıracaq. Çin, Rusiya və Hindistan kimi Asiyanın güclü liderləri Qərbin mərkəzdə olduğu dünyaya yeni və bəşəriyyət adına faydalı düzən gətirəcəkdir”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bundesliqa klubu məşqləri bərpa edir

SONRAKI XƏBƏR

Panamada komendant saatını pozan minlərlə insan saxlanılıb