PKK bu bölgəyə girmək istədi, türk ordusu vurdu

PKK bu bölgəyə girmək istədi, türk ordusu vurdu

Türkiyə Silahlı Qüvvələri 9 terrorçunu zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələrinin apardığı əməliyyat çərçivəsində “Sülh çeşməsi” bölgəsinə sızmağa cəhd göstərən PKK/YPG terror təşkilatının 9 üzvü zərərsizləşdirilib. Bölgədə sülh və sabitliyin təmin edilməsi üçün lazım olan bütün addımlar atılacaq”, - məlumatda bildirilib.

Mənbə: axar.az