"İnsanlarımızdan xahiş edirəm ki, verilən qərarlara və tövsiyyələrə əməl etsinlər"- Deputat

"İnsanlarımızdan xahiş edirəm ki, verilən qərarlara və tövsiyyələrə əməl etsinlər"- Deputat

Martın 30-da Operativ Qərərgahın verdiyi qərara əsasən karantin rejim daha da sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyuldu.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Kamilə Əliyeva bildirib ki, hər gün televiziyada və mətbuatda gündəmdə olan yeganə məsələ koronavirusdur: "Bütün dünyada günbəgün bu xəstəliyə yoluxanların sayı artır. Təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxanları sayı çoxalmaqdadır. Bir daha qeyd etmək istəyirəm ki, ölkə başçısı və dövlət tərəfindən bütün addımlar atılıb. Bütün istiqamətlər ən yüksək səviyyədə işlər görülməkdədir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyir. Hətta Azərbaycanın təcrübəsindən istifadə edən insanlar var. Cənab prezidentimiz tərəfindən koronavirusla bağlı çox mühüm qərarlar verilib. Təəssüf ki, hələ də bu xəstəliyə ciddiyə almayan insanlarımız var. Onlar Operativ Qərərgahın verdiyi qərarlara əməl etmirlər. Nəyinki bizim insanlar, hətta başqa ölkələrin vətəndaşları bu xəstəliyin nə ilə nəticələnəcəyinin fərqində deyillər. Düzdür, bəzi ölkələr koronavirusun dərmanının tapılması ilə bağlı açıqlama verirlər. Lakin hələ də koronavirusun peyvəndi tapılmayıb. Koronavirusun peyvəndinin tapılması üçün də uzun bir vaxt lazımdır. İnsanlarımızın bu xəstəliyin ciddiyini dərk etməlidir. İnsanlarımız bu xəstəliyin nə qədər ciddi fəsadla nəticələnəcəyinin fərqində deyillər. Çünki insanlarımız Operativ Qərərgahın qoyduğu qaydalara və tövsiyyələrə əməl etmirlər. Yenə də 65 yaşdan yuxarı insanlarımız çölə çıxırlar. Digər insanlarımız maskasız gəzirlər. Düzdür, bəzən deyirlər ki, maska sağlam insan üçün deyil. Xəstə insanlar taxmalıdır. Amma nəzər alsaq ki, xəstə insanlar da maskalardan istifadə etmirlər. Təkcə mən koronaviruslu xəstəni demirəm. Başqa xroniki və virus tipli xəstəlikdən əziyyət çəkənlər maskadan istifadə etmir, yolda gəzir. Marketlərə gedir, növbə zamanı 2 metrlik məsafəni qorumur. Ona görə də sağlam insan maskadan istifadə etməlidir".

Deputat vurğulayıb ki, dünənki, sərtləşmə Operativ Qərərgahın verə biləcəyi ən sərt qərar idi: "Bundan sonra yeganə yol qalır ki, fövqəladə vəziyyət elan olunsun ki, ümumiyyətlə heç kim evdın çıxa bilməsin. İnsanlar vəziyyəti dərk edib, bu xəstəliyi zarafata salmamalıdır. "Mənə heç nə olmayacaq" fikrindən uzaq olmalıdır. Hər bir insan tək özünü deyil, ətrafdakı insanları düşünməlidir. Çünki onların məsuliyyətsiz yanaşması bir çox insanların bu xəstəliyə tutulmasına səbəb ola bilər. Burada ümumxalq birlikdən söhbət gedir. Martın 30-da verilən qərar çox düzgün qərardır. İnsanlarımız dərman üçün aptekə, qida təlabatını ödəmək üçün də marketə gedə bilər. Təbii ki, yaxın məsafədə olan market və apteklərə müraciət edilməldir. Bu gün hər bir binanın altənda, məhəllədə həm aptek, həm də market var. "Evdə otura bilmirəm" deyən insanları anlaya bilmirəm. Bəs xəstələdiyiniz zaman əziyyət çəkə-çəkə xəstəxanada necə qalacaqsınız?! İnsanlarımız heç olmasa 20 gün müddətində evdən çölə çıxmasalar, xəstələnmə ehtimalı olmasa, biz bir az yüngülləşə bilərik. Yəni bu xəstəlikdən qutula əzmindəyik. İnsanlarımız düşünməlidir ki, bu həm də bizim genofondumuzun təhlükəsizliyin qorunmasıdır. İnsanlar evdə öz əzizlərinin yanındadır. İnsanlarımız sağlamlığı, övladları üçün evdə qalmalıdır. Artıq inanmaq istəyirəm ki, insanlarımız verilən qərarlara ciddi yanaşacaq. İnsanlarımızdan xahiş edirəm ki, verilən qərarlara və tövsiyyələrə əməl etsinlər. Evdən çıxmasınıar. İnanıram ki, 20 gündən sonra biz görəcəyik ki, koronavirus xəstələrimizin sayı azalaraq yox dərəcəsinə çatacaq. Az itkilərlə bu bəladan qurtulacağıq".
Sonxeber.az

Mənbə: sonxeber.az