"Ermənistanın təxribatları daxildəki narazılığı ört-basdır etmək üçündür"- DEPUTAT

"Ermənistanın təxribatları daxildəki narazılığı ört-basdır etmək üçündür"- DEPUTAT

Xəbər verdiyimiz kimi martın 30-da Ermənistan dövləti növbəti təxribata əl atıb.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Azər Badamov bildirib ki, ermənilərin Azərbaycana qarşı təxribat törətmək cəhdləri daxili ictimaiyyətini sakitləşdirilməsinə hesablanıb: "Bu gün Ermənistandakı dözülməz siyasi və iqtisadi vəziyyət hamıya məlumdur. Ölkədaxili narazılıqlar və etirazlar dalğası günü-gündən genişlənir. Xüsusilə koronavirus pandemiyasınının təsirləri bu ölkənin sosial vəziyyətini daha da acınacaqlı edib. Bir tərəfdən Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsi və bu seçkilərdə öz çirkin niyyətlərini reallaşdırmaq məqsədi, digər tərəfdən isə bu gün 31 mart soyqırım gününü olduğuna görə cinayətkar rejimi təxribata əl atmaqla öz ölkəsində narazı kütləni sakitləşdirmək istəyir. Təbii ki, düşmənin hər bir təxribata cəhdi silahlı qüvvələrimiz tərəfindən böyük zərbə vurulmaqla qətiyyətlə alınır. Biz hələ ki, ermənilərin atəşinə cavab atəşi ilə cavab verməklə kifayətlənirik. Amma bu həmişə belə davam etməyəcəkdir. Tezliklə zaman gələcəkdir ki, ordumuz Aprel və Naxçıvan əməliyyatlarının daha da geniş şəkildə təkrarını həyata keçirməklə bir dəfəlik olaraq təxribatlara və işğala son qoyacaqdır".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az