Rusiyaya hücum planı: “10 dəqiqəyə darmadağın ediləcək” – Sensasion iddia

Rusiyaya hücum planı: “10 dəqiqəyə darmadağın ediləcək” – Sensasion iddia

“Rusiya Federasiyasına hücum olarsa, NATO-nun Qara dənizdəki qüvvələri darmadağın ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu israilli politoloq Yakov Kedmi deyib.

Ekspert qeyd edib ki, Qara dənizdəki NATO gəmiləri Rusiya hərbi qüvvələrinin hədəfindədir:

“İttifaq bu bölgədə Rusiyaya qarşı təcavüzkar hərəkətlər etmək qərarına gəlsə, Rusiyanın arsenalındakı quru və dəniz hava hücumundan müdafiə sistemləri on dəqiqə ərzində NATO qüvvələrini məhv edəcək”.

Mənbə: teleqraf.com