Koronavirusa görə Paşinyan hökuməti panikaya düşüb – Çıxış yolu qiyamdır

Koronavirusa görə Paşinyan hökuməti panikaya düşüb – Çıxış yolu qiyamdır

Koronavirusa görə hakimiyyətin vəziyyətə nəzarət etdiyi göstərilsə də, əslində hökumət daxilində böyük çaxnaşma var.

KONKRET.az xəbər verir ki, bu fikirlər Ermənistanın “İrates” qəzetində yer alıb.

Mənbə bildirir ki, Paşinyan hökuməti epidemiya ilə əlaqədar yaranan problemləri həll edə bilmir.

Hakimiyyətə yaxın şəxslər deyirlər ki, Paşinyanın “canlı yayımını”” və verdiyi vədləri xalq həzm edə bilmir: “Bu da hökumətin özünə inamsızlığından irəli gəlir”.

“Yığılıb qalan iqtisadi problemlər Paşinyan üçün real təhlükəyə çevrilir, çünki cəmiyyətin təmin olunmamış təbəqələrinin qiyamı onun hakimiyyətinin sonunu göstərə bilər” deyə qəzet yazır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az