Koronavirus polis idarələrinə və həbsxanalara YAYAILDI

Koronavirus polis idarələrinə və həbsxanalara YAYAILDI

ABŞ-ın ən böyük polis idarəsinə sahib olan Nyu-Yorkda, 800-dən çox polis koronavirusun yeni növünə (Kovid-19) tutulub.

SONXEBER.AZ xarici mətbuata istinbadən xəbər verir ki, son bir həftə ərzində ABŞ həbsxanalarında ən az 230 məhbus və 130 qanun işçinin Kovid-19 testlərinin müsbət olduğu bildirillib.

Nyu-York Polis İdarəsinin (NYPD) komissarı Dermot Shea, 818 polis işçisində koronavirusun aşkarlandığını açıqlayıb.

Nyu-Yorkda xidməti vəzifəsini yerinə yetirən 55 min polis işçisindən 5 mininin xəstəlik məzuniyyətində olduğunu ifadə edən Shea, Kovid-19 səbəbiylə 3 polis işçisinin öldüyünü söyləyib.

ABŞ-da epidemiyanın mərkəzinə çevrilən Nyu-York şəhərində virusa yoluxma sayı 66 mini ötüb, virus səbəbindən 1218 nəfər isə ölüb.

F.Ağayeva


Sonxeber.az

Mənbə: sonxeber.az