"İnanıram ki, bu bəladan birlik olaraq tezliklə canımızı qurtara biləcəyik"-Deputat

"İnanıram ki, bu bəladan birlik olaraq tezliklə canımızı qurtara biləcəyik"-Deputat

Martın 30-da Operativ Qərərgahın verdiyi qərara əsasən karantin rejim daha da sərtləşdirilərək insanların çölə çıxmasına qadağa qoyuldu.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Aydın Hüseynov bildirib ki, bu gün bütün ölkələr kimi Azərbaycanda da koronavirusla mübarizə aparılmaqdadır: "Dövlətimiz tərəfindən lazım olan operativ addımlar atılmaqdadır. Eləcə də vətəndaşlarımız bilməlidir ki, koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Digər tərəfdən bu hər bir fərdin özü üçün lazımdır. Koronavirus qlobal bir xəstəlikdir. Azərbaycan xalqı hər zaman çətin anlarda birləşərək həmrəy olur. Bu gün dövlət başçısının həyata keçirdiyi tədbirlər Azərbaycan vətəndaşının sağlamlığının qorunması üçündür. Dövlətimizin verdiyi qərarlara və karantin rejimə əməl etməliyik. İnanıram ki, bu bəladan birlik olaraq tezliklə canımızı qurtara biləcəyik".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az