Rusiya ABŞ-a yardım göndərdi - Tramp

Rusiya ABŞ-a yardım göndərdi - Tramp

Rusiya koronavirus pandemiyası ilə mübarizədə ABŞ-a dəstək üçün çox böyük təyyarə göndərib.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O, bu təyyarədə tibbi qurğuların olduğunu bildirib.

Tramp Rusiyadan başqa Çinin də ABŞ-a dəstək üçün tibbi preparatlar göndərdiyini vurğulayıb.

Mənbə: axar.az