Rusiya və Türkiyə hərbçiləri Suriyanın M4 magistralında patrul reydi keçirib

Rusiya və Türkiyə hərbçiləri Suriyanın M4 magistralında patrul reydi keçirib

Rusiya və Türkiyə hərbçiləri Hələbi Hasaka ilə birləşdirən Suriyanın Zaevfrat bölgəsindəki M4 şossesi boyunca ortaq bir patrul reydi həyata keçiriblər. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Polisinin mətbuat katibi Aleksandr Zukov məlumat verib.

O qeyd edib ki, reyd zamanı hərbçilər heç bir problemlə qarşılaşmayıb.

Hər iki tərəfdən iki zirehli maşın iştirak edib. Hərbçilər 1 saat 10 dəqiqə ərzində 60 kilometrdən çox yol qət ediblər.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az