Şahzadə Uilliamdan korona qərarı: İllər sonra geri qayıdır

Şahzadə Uilliamdan korona qərarı: İllər sonra geri qayıdır

Koronavirus qurbanlarının artdığı İngiltərədə şahzadə Uilliam pandemiyaya qarşı hərəkətə keçməyə hazırlaşır.

Primetime.az xəbər verir ki, şahzadə Uilliam daha öncə 2 il işlədiyi hava təcili tibbi yardım pilotluğuna qayıtmaq istədiyi bildirilib. Xüsusilə atası Çarlzın virusa yoluxmasından təsirləndiyi vurğulanan Uilliamın koronavirusla mübarizədə səhiyyə işçilərinə dəstək olmaq istədiyi qeyd olunub.

Kraliyyət ailəsinə yaxın mənbə "The Sun"a verdiyi açıqlamada "Uilliam geri dönməyi ciddi şəkildə düşünür. Bütün ölkənin əlindən gələni etdiyini bilir və kömək etmək istəyir. Bu vəziyyət bir az qarışıqdır, çünki Kraliyyət ailəsindəki vəzifəsi üçün işindən ayrılmışdı. Şahzadə Çarlzın xəstələndiyi, Harrinin Meqan ilə birlikdə getdiyi zamanda onun rolu indi daha çox önəmlidir. Lakin Uilliam kömək etmək üçün hər şey etməyə hazırdır" - deyə qeyd edib.

Xatırladaq ki, İngiltərədə Kovid-19 nəticəsində 1408 nəfər ölüb, 22 min insanda virusa yoluxma faktı aşkarlanıb.

Mənbə: primetime.az