Yaponiya hökuməti ölkə tarixinin ən böyük təşviq paketini hazırlayıb

Yaponiya hökuməti ölkə tarixinin ən böyük təşviq paketini hazırlayıb

Yaponiya hökuməti koronavirus (COVD-19) infeksiyasının ölkə iqtisadiyatına təsirini azaltmaq üçün 60 trilyon yen (təxminən, 554 milyard ABŞ dolları) məbləğində təşviq paketi hazırlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, Yaponiya tarixində ən böyük paketdir.

Nəzərdə tutulmuş vəsaitin 20 trilyon yeni maliyyə sektoruna, 10 trilyon yeni satışdan verginin azaldılmasına, qalan hissəsi isə digər sahələrə ayrılacaq.

Yaponiyanın Maliyyə naziri Taro Aso təşviq paketinin 100 trilyon yenə çatdırılacağını istisna etməyib.

Mənbə: report.az