"Metro 20 gün işləməsin"-Deputatdan təklif

"Metro 20 gün işləməsin"-Deputatdan təklif

Məlumdur ki, ölkəmizdə hazırda mövcud pandemiya təhlükəsi ilə bağlı xüsüsi karantin rejimi tətbiq olunub. Bir çox iaşə obyektlərinin fəaliyyəti də məhdudlaşdırılmaqla, dünənki tarixdən etibarən insanların evdən küçəyə çıxmasına da qadağalar qoyuldu. Aparılan tədbirlər virusun ölkədaxili yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilir.

Bununla bağlı SONXEBER.AZ-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva insanların karantin dövrünün tövsiyyələrinə əməl etməməsini təəssüflə qeyd edib. O, təyin edilən 20 gün müddətində insanların qaydalara riayət etmədiyi təqdirdə, vəziyyətin fövqalədə halın tətbiqinə gətirib çıxaracağını bildirib:

"Əfsuslar olsun ki, dünən Azərbaycanda 64 nəfərin koronavirusa yoluxması halına təsadüf olunub. Azərbaycanda get-gedə bu xəstəlik artır. Dövlətimiz tərəfindən nə tələb olunursa, hər bir şey təşkil edilib. İndi hər bir insanın öz üzərində bu məsuliyyəti dərk edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməsi qalır. Çox təəssüf ki, hələ də bunu dərk etməyən, cddiyə almayan insanlarımıza da təsadüf olunur. Bunu nəzərə alaraq dövlət və Operativ Qərargah dünən daha ciddiləşmiş rejimin tətbiq olunmasınıa qərar verdi. Mən düşünürəm ki, bu artıq pik həddir. Bundan sonra insanlar yenə də vəziyyətin ciddiliyini anlamayacaqlarsa, əməl etməyəcəklərsə, nəyə gətirib çıxaracağını heç birimiz düşünmək istəmərik. Yeganə yol fövqəladə vəziyyətin elan olunması qalır. Əgər 20 gün müddətində insanlar deyilənlərə əməl etsələr, xəstəlliyin artmasını güman etmirəm. Yəni, xəstəlik azalmağa doğru gedəcək və biz bundan xilas olacağıq".

Deputat Kamilə Əliyeva insanların tətbiq olunan xüsusi karantin tələblərinə əməl etməmələrinə heç bir səbəb görmədiyini bildirib:

"Bu gün inanların ya ərzaq məhsullarına, ya da aptekə gedib dərman almağına təlabat var. Azərbaycanda, insanların yaşadığı hər bir məhəllədə, istər ərzaq məhsulları satılan mağazalar, istərsə də apteklər var. Kiminsə buna əməl etməmək üçün heç bir səbəb yoxdur".

Kamilə Əliyeva həmçinin mövcud karantin tələblərini nəzərə alaraq təklif də irəli sürüb:

"Mən şəxsən təklif edərdim ki, umumiyətlə 20 gün müddətində metro işləməsin. Çünki metro yerin altında yerləşdiyinə görə metroda həm havalandırma yaxşı olmur, həm də insanların burada sıxlığı müşahidə edilir. Dövlət tərəfindən bilirsiniz ki, ekspress avtobuslar təşkil edilib, bu nəqliyyat növündən istifadə edilsə, yaxşı olar. Ümumiyyətlə, qeyd edim ki, insanlar vacib halda nədənsə istifadə etsinlər. Xəstəliyin yeganə çıxış yolu isə özünü təcriddir".

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az