Prezidentdən koronavirus QƏRARI: həkimlər qapı-qapı gəzəcək...

Prezidentdən koronavirus QƏRARI: həkimlər qapı-qapı gəzəcək...

Afrikada Kovid-19 pandemiyasının mərkəzinə çevrilən Cənubi Afrika Respublikası mübarizə tədbirlərini gücləndirir.

Publika.az xəbər verir ki, ölkədə həkimlər qapı-qapı gəzib koronavirus daşıyıcılarını aşkar edəcək.

Bu barədə dövlət başçısı Siril Ramafosa xalqa müraciətində danışıb. O, virusla mübarizəyə 10 min ictimai sektor işçisinin cəlb ediləcəyini bildirib. Prezidentin sözlərinə görə, yüngül simptomları olan xəstələr evdə müalicə alacaq, orta və ağır simptomları olanlarsa klinika və xəstəxanalara yerləşdiriləcək.

Qeyd edək ki, Afrika qitəsində koronavirusa yoluxma faktı ən çox Cənubi Afrika Respublikasında qeydə alınıb - 1326 nəfər.

Küçəyə çıxma qadağasının tətbiq olunduğu ölkədə virusdan ölənlərin sayı 3-ə çatıb.

Zümrüd

Mənbə: publika.az