Suriya Fəratın şərqinə qoşun yerləşdirib

Suriya Fəratın şərqinə qoşun yerləşdirib

Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr İdlib əyalətinin şimalındakı Saraqeb qəsəbəsindən hərəkət edərək Fəratın şərqinə doğru irəliləyib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib.

Bildirilir ki, Suriya ordusunun 1200 hərbi qulluqçusu və 15 tank daşıyan 100-ə yaxın hərbi yük maşını Fərat çayının şərqinə yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az