"Aprel döyüşlərində ordumuz sübut etdi ki, torpaqlarımızı 1 həftəyə geri ala bilər"-Deputat

"Aprel döyüşlərində ordumuz sübut etdi ki, torpaqlarımızı 1 həftəyə geri ala bilər"-Deputat

2016-cı il aprelin 1-5 Azərbaycan və Ermənistan ordusu arasında son illərdə baş vermiş ən böyük toqquşma, 4 gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusu erməni qüvvələrinə ağır zərbə vuraraq 1994-cü ildən işğal altında olan bir sıra əraziləri geri alıb. Bunlar: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər olub.Aprel döyüşləri Azərbaycan ordusunun yüksək hərbi hazırlığa malik olduğu, ən yeni texnika və silahlardan uğurla istifadə etməsi ilə yadda qalıb. Həmçinin Azəraycan xalqının müharibə əzminin yüksək olmasını, torpaqları egri qaytarmaq üçün hər an hazır olduğunu ortaya qoyub.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Cavid Osmanov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifələrindən biridir: "Çünki Aprel döyüşlərində uzun müddət sürən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində ordumuz şanlı qələbəyə imza atdı. Atəşkəs elan olunsa da, Ermənistan tərəfindən daim təxribatlarla davam edirdi. Bu döyüşlərdə Azərbaycan ordusunun gücü göstərildi. Aprel döyüşlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuq sahəsində apardığı işin məntiqi nəticəsi kimi də qiymətləndirmək olar. Azərbaycan silahlı qüvvələri dünya orduları sıransında ilbəil yüksək pillələrə qalxır. Ermənsitan ordusu isə günü-gündən zəifləyərək qiymətləndirmədə aşağı pillələrə düşür. Bu cənab prezidentimizin bütün sahələrdə, eləcə də ordu quruculuğunda apardığı siyasətin möhtəşəm nəticəsidir. Aprel döyüşlərində Ermənistan ordusunun təxribatının qarşısı alınaraq işğalda olan minlərlə kvadrat metr ərazimiz işğaldan azad olundu.Təbii ki, həmin dövrdə düşmənimiz təşvişə düşmüş, çoxlu sayda itkilərlə qarşılaşmışdı. Aprel döyüşlərində bir daha sübut olundu ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusundan qatbaqat güclüdür. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa istənilən vaxt Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz işğalda olan torpaqlarımızı 1 həftə ərzində azad etmə gücünə malikdir".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az