“1918-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri Cümhuriyyət oldu”

“1918-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri Cümhuriyyət oldu”

Anar İsgəndərov: "1918-20-ci illərdə "ermənilər bizi niyəqırır” sualına cavab tapsaydıq, onda 20-ci əsrin sonlarında torpaq itkimiz,qaçqınlarımız olmayacaqdı”
1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 102-ci ilitamam olur. Tarixin ən qanlı səhifələrindən biri ilə bağlı "Kaspi”ninsuallarını BDU professoru, tarix elmləri doktoru Anar İsgəndərovcavablandırır.
- Anar müəllim, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi köklərihaqqında nə deyə bilərsiniz? Bu, nə üçün baş verdi? - 1918-ci il martın 31-də azərbaycanlı əhaliyə qarşı törədilənsoyqırımı Azərbaycan tarxinin ən dəhşətli və kədərli hadisələrindən biridir. Məlumdurki, 1914-cü ildə Birinci Dünya Müharibəsi başladı. Müharibəyə daxil olan hərbir dövlətin öz marağı var idi. O cümlədən Osmanlı dövlətinin də. Ancaq müharibəninilk dövrü üçün Çar Rusiyası ilə Osmanlı arasındakı münasibətlər kəskin idi vəhamıya aydın idi ki, bu tərəflər bir-birinə qarşı olacaqlar. Təəssüf doğuran oidi ki, yüz illər boyu Osmanlı ərazisində yaşayan, Osmanlı çörəyi yeyən ermənilərmüharibə başlayacağı təqdirdə Rusiyanı müdafiə edəcəklərini bəyan etdilər. ŞərqiAnadoluda mülki əhaliyə qarşı qırğına başladılar. 2 milyona qədər türkün həyatınason qoyuldu. Hətta ermənilər rus ordusunun köməyi ilə Van Erməni Dövlətiniyaratdılar. Təbii ki, tarixin sonrakı məqamlarında Osmanlı dövləti özünə gəldi,güc topladı, rus ordusunu qovdu və onların yanında olan erməni silahlı dəstələridə Osmanlı ərazisindən çıxmağa məcbur oldu. Bu ordunun bir hissəsi Qərbi Azərbaycana,bir hissəsi də Şimali Azərbaycan torpaqlarına daxil olaraq buradakı müsəlman əhalisinəqarşı soyqırıma başladılar. Mülkü türk, müsəlman əhaliyə qarşı Şərqi Anadoludatörətdikləri qırğınları, erməni silahlı dəstələri 1917-ci ilin payızındanetibarən tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında - indiki ErmənistanRespublikası, Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikası və Tiflisquberniyası ərazilərində törətdilər. Erməni silahlı qüvvələrinin mülkü azərbaycanlıəhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu.
- Soyqırıma qədərki dövrdə bizim etdiyimiz səhvlər,buraxdığımız boşluqlar var idi? O zamanki şərait necə idi?
-1914-cü ildə Birinci Dünya Müharibəsinə qədər də Azərbaycantorpaqlarında erməniləryerləşdirilibsə, onu biz etməmişdik.1813-1828-ci il Gülüstan və Türkmənçaymüqaviləsindən sonra Çar Rusiyası Azərbaycan torpaqlarında məcburi şəkildə erməniləriyerləşdirdi. Əslində tarix boyu Azərbaycan torpaqlarında ermənilər yaşayıbsa,bu, əhalinin kiçik hissəsi idi. Hətta bu da tarixi faktdır ki,1805-ci ildə ÇarRusiyasının generalı Sisianov Kürəkçay müqaviləsini Qarabağ xanı İbrahimxəlilxanla bağladı. Xanlıq Azərbaycan xanlığı idi. Müqavilədəki 11 maddənin heçbirində ermənilərlə bağlı bir cümlə belə yoxdur. Çünki burada erməni əhaliböyük əksəriyyət təşkil etmirdi. Biz də bu gün dünyaya bəyan edirik ki, bizimhaqqımızı tapdalayan, hər an ermənini müdafiə edən qərb cəmiyyəti 1805-ci ildəbağlanan müqavilənin 11 bəndinə diqqətlə baxsınlar. Əgər Qarabağ torpaqları ermənilərinidisə, nə üçün Çar Rusiyası müqaviləniermənilərlə bağlamırdı? Tarix boyu ermənilərin bu ərazilərdə yerləşdirilməsininideoloqu bizlər olmamışıq... Ancaq burada maraqlı bir həqiqət var ki,1905-1906-cı ildə ermənilər ilk dəfə Cənubi Qafqazda, o cümlədən Azərbaycantorpaqlarında nəyə qadir olduqlarını sübut etmək üçün qırğınlara başladılar. Buqırğınlarla bağlı Mir Mövsüm Nəvvabın və Məmməd Səid Ordubadinin maraqlı əsərlərivar. O əsərlərin heç birində "ermənilər bizdən nə istəyir” sualının cavabıyoxdur. Əslində 1890-cı ildə yaradılan Daşnaksütyun partiyasının əsas qayəsiBöyük Ermənistan qurmaq idi. Həmin dövləti yaratmaq üçün bu bölgədə yaşayanxalqlar yer üzündən silinməli idi. Ən dəhşətli nəzəriyyə bundan ibarət idi -Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər olan ərazidəyaşayan bütün xalqlar məhv edilməli idi. Bu şəraitdə qırğınlar törətmək üçünonlara kiçik bir bəhanə lazım idi. Təbii ki, əgər 1905-1906-cı illərdə "ermənilərbizdən nə istəyir” sualına cavab tapa bilsəydik, onda gərək 1918-20 qırğınlarıolmayaydı. 1918-20-ci illərdə "ermənilər bizi niyə qırır” sualına cavabtapsaydıq, onda 20-ci əsrin sonlarında torpaq itkimiz, qaçqınlarımızolmayacaqdı. Sadəcə olaraq, erməni məkrininmahiyyətini dərk edə bilmədiyimizə görə, biz tarixin bu mərhələlərində cəzalandırıldıq. - O bəhanə də"Evelina” gəmisi idi. Bu hadisə necə baş verdi? -1917-ci ilinfevralında 300 il hakimiyyətdə olan Romanovlar sülaləsidevrildi. Müvəqqəti hökümət bir tərəfdən Birinci Dünya Müharibəsini davametdirir, digər tərəfdən də xalqlar həbxanası olan Çar Rusiyasındakı xalqlarıinandırırdı ki, qoy müharibə başa çatsın, xalqlarn müqəddəratını təyin etməkhüququnu onlara verəcək. Buna görə də artıq Çar Rusiyası ərazisində xalqların hərbirinin düşüncəsində müstəqillik var idi. Ona görə də, 1918-ci ilin əvvəllərindəərazi muxtariyyəti söhbəti ortaya atılanda, təbii ki, o zaman Bakı Soveti qüvvələri,Şaumyan fikirləşirdi ki, Azərbaycan xalqı heç bir zaman muxtariyyət hüququ alabilməz və Bakı onun paytaxtı ola bilməz. Ona görə də, azərbaycanlıları yaxınburaxmamaq üçün bu planı düşünülmüş şəkildə qurdular. Şaumyan erməniləri vəbolşevikləri, xüsusən Xəzər Hərbi Dəniz Donanmasının matroslarını müsəlmanlaraqarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanəgeneral Talışinski başda olmaqla müsəlman diviziyasının "Evelina" gəmisiilə Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı ZeynalabdinTağıyevin oğlu Məhəmmədin cənazəsini Bakıya gətirən bir qrup zabit və əsgərininBakı Soveti tərəfindən tərksilah etməsi oldu. Müsəlamn diviziyasının əsgər vəzabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı.S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahlarınqaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəriŞaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi. 1918-ci il martın30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildəsoyqırımına və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətləyetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyularaatırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda "Kaspi” qəzetiredaksiyasını, "Dağıstan”, "İsgəndəriyyə” və "İsmailiyyə”ni yandırmışdılar.Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyisoyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir. - Anar müəllim,beynəlxalq aləmdə ermənilərin "qondarma soyqırımı” yaxşıtanıdılıb, yoxsa real soyqırım? - Qərb dünyası tarix boyuerməninin göz yaşına inanıb. Ermənilər özləri də bilir ki, onların dediklərisoyqırımı, yalançı, uydurmadır. Soyqırımı əsaslandırmaq üçün arxiv sənədlərinəmüraciət edilir. Amma heç bir sənəddə bunun kökü yoxdur. Bu tarixi hadisədeyil, bilərəkdən qurulan siyasi hadisədir. Çox təəsüflər olsun ki, dünya busoyırımı qəbul edir, amma tarixi həqiqət ondan ibarətdir ki, tarix boyu türklər ermənini qırmayıb. Bu gündə şərqi anadolu ərzisində toplu məzarlar var. Hər məzarda 100-200 insan sümüklərivar. Yüzlərlə məzarlıq var ki, hər biri ermənilərin etdiyi soyqırımı sübutedir. Lakin siyasi maraq tarixi həqiqətdən həmişə üstün olub, bu gün dəüstündür. - Uzun müddətsoyqırmla bağlı danışmağa bizə iaczə verilməyib.Faktların üzə çıxarılmasında Heydər Əliyevin rolu nə qədər idi? - Əslində 70illik sovet dönəminin ən dəhşətli hadisələrindən biri 36 cilddən ibarət olanfövqəladə tədqiqat komsissiyasının sənədlərinin gizlədilməsi oldu. Nə yaxşı ki,sənədlər məhv edilmədi. Bu gün bu sənədlər əlimizdədir. Hələ Cümhuriyyətdövründə mart ayının 31-i milli matəm günü kimi qeyd olunub. Amma 70 illiksovet dönəmində soyqırımından bir söz belə salınmayıb. Əksinə, əsərlərindəyalançı soyqırımlar təbliğ edilib. Müstəqillik əldə ediləndən sonra əsərlərsilindi. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmandaqeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərləmübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardantəmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdəermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkkolunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhvedilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Millimemarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb,Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımıBakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda vəAzərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. - 31 mart-4aprel tarixləri arasında ermənilərin Azərbaycan türklərinəqarşı soyqırımdan sonra Qafqaz Seymindəkiazərbaycanlı millət vəkilləri müstəqildövlət elan etməyi qərara aldılar. Yəni ermənilərin soyqırımı nəticəsində bizimdaha sıx birləşməyimiz qaçılmaz oldu. Bu barədə nə deyə bilərsiniz? - Əlbəttə, bir fəlakətgələndə insanlar birləşir. Bu gün dünyanı bürüyən virsu bütün xalqları,insanları birləşdirir, artıq siyasi partiyalar rol oynamır. O dövrdə də elə hadisə baş verdi ki, bütüninsanlar birləşdi. Bu gün də erməni tapdağında olan torpaqlarımızı xilas etmək, erməni məkrini dünyayayaymaq istəyiriksə, biz daha sıx birləşməli, Azərbaycanın dövlət başçası ilə bağlıböhtan kampaniyasına "yox” deməliyik. Gücümüzü birləşdirməliyik ki, torpaqlarımızıazad edək. 18-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri28 may, Cümhuriyyət oldu. Aygün ƏZİZ

 

Mənbə: kaspi.az