Erməni ictimai xadim: “Niyə hakimiyyət nümayəndələri durmadan iddia edir ki, hökumətin səyləri effektivdir?”

Erməni ictimai xadim: “Niyə hakimiyyət nümayəndələri durmadan iddia edir ki, hökumətin səyləri effektivdir?”

“Bu cür fövqəladə və həssas vəziyyətdə yanlış mesajlar insanların ayıqlığını kütləşdirir və vəziyyətin daha da pisləşməsinə töhfə verir.”. Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Ruben Melikyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, hətta Paşinyanın “kimin itidir” və “pinset-ev arağı”nı xatırlatmasını lazımsız hesab edir.

“Onların “sayəsində” mart ayının ilk yarısında vətəndaşların ayıqlığı zəiflədi, cəmiyyətimizi pandemiyanın yayılmasının həqiqətən də qarşısının alınması imkanından məhrum edərək təhlükəyə barmaqlarının arası ilə baxmağa imkan verdi.

Yaxşı, bunu hələlik keçək. Bəs indi niyə yanlış mesajlar verirsiniz? Məsələn, niyə hakimiyyət nümayəndələri, xüsusilə də komendant durmadan iddia edir ki, “hökumətin səyləri effektivdir”?

Deyin ki, vəziyyət daha da pisləşəcək. Deyin ki, infeksiyaya qarşı hələ uzun mübarizəmiz var. Deyin ki, karantini daha bir həftə uzatmaq lazımdır. Düzünü deyin”, - deyə Melikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az