Aleksandr Lukaşenko: Belarusda koronovirusun yayılması pik həddədir

Aleksandr Lukaşenko: Belarusda koronovirusun yayılması pik həddədir

Minsk, 31 mart, AZƏRTAC

Bu gün Belarusda ən ağır problem dünyada koronovirusun yayılmasının iqtisadiyyata vurduğu ziyandır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Respublika Şurasının sədri ilə görüşündə söyləyib. Prezidentin sözlərinə görə, Belarusda koronovirus xəstəliyinin yayılması pik həddədir.

“Həmişə olduğu kimi yazda xəstəlik pik həddə olur, sonra azalır. Mən Allaha dua edirəm ki, Pasxaya qədər xəstəlik azalsın”, - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, Belarusda 152 nəfər koronavirusa yoluxub, onlardan 47 nəfəri müalicə olunaraq evə buraxılıb. Ölkədə koronovirusdan bir nəfər Belarus Milli Akademik Dram Teatrının 75 yaşlı aktyoru Viktor Daşkeviç vəfat edib.

Mənbə: azertag.az