31 mart soyqırımı

31 mart soyqırımı

Soyqırım nə vaxt baş verir? Bir millət məzlum olanda. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış insanlarının sayı az olanda.

1918-ci ildə də belə oldu. Ümumi sayı bizdən qat-qat az olan ermənilər Çar Rusiyasının siyasi, hərbi və biznes elitasında sayca bizdən qat-qat çox idi. Bunu çar Rusiyasının dövlət siyasəti belə təlb edirdi. Lakin yalnız dövlət siyasəti sayəsində bu qədər sistem içində yerləşməni təmin etmək mümkünsüz olardı. Demək ki, bir xalq alt qatlarında təşkilatlanaraq məqsədyönlü şəkildə özünün bu siyasətə uyğun gəldiyini qəbul etdirməyi bacarmış. Hamısı kilsənin nəzarəti altında dini və dünyəvi təhsilə önəm vermiş. Bir-birinə dünyanın harasında yaşamaqlarından asılı olmayaraq maddi dəstək vermişlər. Sovet elitasında da eyni mobilliyi davam etdirmişlər. Məhz rəhbər strukturlarda yerlərini möhkəmlədərək azərbaycanlıların kütləvi şəkildə Ermənistandan deportasiya olunmasına aid qərarları qəbul etdirərək icrasına nail olmuşlar. 1918-ci ilin əvvəllərində də Rusiya ordusunun sıralarında cəbhə xəttindən Bakıya qayıdan bir neçə diviziya erməni əsgərlərindən ibarət idi. Bizim isə əsasən zadəgan övladlarından ibarət olan "Vəhşi diviziya" vardı. Əhalinin say nisbəti bizim xeyrimizə idi, ancaq əlində silah olan qüvvələrin üstünlüyü yenə də ermənilərdə idi. Quba, Şamaxı, Lənkəran və başqa bölgələrdə də əhalimizin böyük əksəriyyəti təhsilsiz və məzlum idi. Yəni hər hansı bir qözlənilən qətliama hazırlığımız yox dərəcəsindəydi. 1905-ci ildə erməni vəhşiliyi ilə müşayət olunan hadisələrin axarını Əhməd Bəy Ağaoğlu başda olmaqla "Difai" fədakarları dəyişə bildilər. Demək ki, təşkilatlanma qabiliyyəti ortaya qoyulan kimi prosesin gedişini dəyişmək mümkündür. 31 martda tamamlanan 10 günlük soyqırım hadisəsi göstərdi ki, ermənilərin Bakı kommunasının bayrağı altında dinc müsəlman əhalisinin hücumuna fərdi qaydada belə əvvəlcədən sıravi azərbaycanlıların, habelə onları təmsil edən siyasi və ictimai təşkilatların hazırlığı yetərli səviyyədə olmamışdı.

Həmrəylik məsələsi isə haradasa mümkünsüz görünürdü. Ziyalı elitası zəngin olmayan cəmiyyətlərdə bir Əhməd bəyin, Əli Bəyin, Zeynəlabdin bəyin, Məhəmməd Əmin bəyin çağırışları ilə nizam həmrəylik nizamı yaratmaq çox çətin idi. Ona görə də silahlı eerməni çətələri rus bilşevikləri ilə birləşərək mart ayının sonlarında bu dəhşətli soyqırımı törətdilər, rəsmi bilgilərə görə 13-15 min arası, qeyri-rəsmi isə 30 mindən artıq azərbayxanlını qədlə yetirdilər. Bu gün biz soyqırımı yalnız əcdadımızın üzləşdiyi faciəni qeyd etmək üçün, onların ruhunu anmaq üçün gündəmdə tutmuruq, ən əsası bir də soyqırıma məruz qalmamaq üçün nə etmək lazım gəldiyini müzakirə etmək üçün xatırladırıq. Xocalıda da düşmən bu həmrəyliyimizin yetərsizliyi ucbatından soyqırımı törətmək fürsəti əldə etdi. Qarabağın işğalında da bu amil əsas rol oynadı. Yalnız "Allah bu millətə bir daha bu cür soyqırımlar yaşatmasın!" duası ilə işimizi bitməş hesab edə bilmərik. Həm də dua etməliyik ki, "Allah bu millətin savadsızlıq, məsuliyyətsizlik və məzlumluq halına son qoysun ki, özümüzdən beş dəfə sayı az olan bir düşmən tərəfindən bir daha bu cür soyqırımlarlar törədilməsinə imkan verməyək!"

31 mart soyqırımından düz 5 ay 15 gün sonra Milli Qəhrəmanımız Nuri Paşanın komandanlığı altında şanlı Qafqaz İslam Ordusu millətimizin qisasını aldı, bu soyqırımı törədən cəlladların böyük əksəriyyətini layiq olduqları cəhənnəmə yola saldı.

Ölmüş, çökmüş bir milləti yenidən ayaq üstə qaldırdı.

1905-1907-ci illərdə Əhməd bəy Ağaoğlunun, 1918-ci ildə Nuri Paşanın sayəsində düşməndən qisasımızı aldıq. Xocalı soyqırımının qisası isə bizim boynumuzda ləkə olaraq qalmaqdadır. Bu günü həm də həmin ləkəni xatırlamaq üçün qeyd edirik.

Mənbə: teleqraf.com