Rusiyada koronavirusa görə evlənmək və boşanmaq QADAĞAN EDİLƏCƏK

Rusiyada koronavirusa görə evlənmək və boşanmaq QADAĞAN EDİLƏCƏK

Ölkələr hər gün koronavirusa qarşı tədbirlərini gücləndirsə də, Rusiyadan fərqli bir qadağa xəbəri gəlib.

Rusiya Ədliyyə Nazirliyi koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün ölkədə iyunun 1-dək evlilik və boşanma prosedurlarını qadağan etməyə hazırlaşır.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi ölkədə ciddi dərəcədə artan koronavirusa qarşı tədbirləri artırmaq qərarına gəlib.
Belə ki, Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada, iyunun 1-dək ölkə daxilində ediləcək toy və boşanmaların dayandırılması üçün işlərin başladıldığını bildirilib. Digər tərəfdən, nazirlik həbsxanalarda epidemiyanın yayılmasının qarşısını almaq üçün yeni məhkumların Kapotnya bölgəsindəki bir həbsxanaya göndərilməsi və həbsxanaya göndərilən məhkumların 14 gün ərzində nəzarət altında olacağını açıqlayıb

Mənbə: sonxeber.az