Gürcüstanda spirtli içkilərin satışına qadağa qoyuldu

Gürcüstanda spirtli içkilərin satışına qadağa qoyuldu

Gürcüstanda fövqəladə vəziyyətin mövcud olacağı müddətdə spirtli içkilərin satışına qadağa qoyulub.

Unikal.org Gürcüstan KİV-nə istinadən xəbər verir ki, qadağalar aprelin 21-nə qədər qüvvədə olacaq.

Martın 31-i tarixindən ölkədəki bütün spirtli içki məntəqələri fəaliyyətini durduracaq. Bundan başqa, yeməkxana, restoranlar və kafelər yalnız onlayn çatdırılma edə biləcək.

 

Mənbə: www.unikal.org