Yaralanan erməni hərbi qulluqçuların adları açıqlanıb: gizir, baş leytenant...

Yaralanan erməni hərbi qulluqçuların adları açıqlanıb: gizir, baş leytenant...

Ermənistan ordusunun Qazax istiqamətində təxribata cəhd edərkən yaralanan hərbi qulluqçularının adları məlum olub. Ordu.az xəbər ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən baş leytenant D.Mirzoyan, müqaviləli hərbi qulluqçu A.Kyureğyan, gizir A.Qalstyan müxtəlif bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin baş hərbi istintaq idarəsinin 6-cı qarnizon istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddəsinin 2-ci hissəsinin 1-ci, 7-ci və 13-cü bəndləri ilə cinayət işi açılıb və ilkin istintaq aparılır.

Qeyd edək ki, sosial şəbəkələrin erməni dilli seqmentində yaralanan hərbi qulluqçuların sayının 3 yox, 4 olduğu bildirilir. Yaralanan 4-cü erməni hərbi qulluqçunun kim olduğu ilə bağlı nə Ermənistan Müdafiə Nazirliyi, nə də Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat verib.

Mənbə: ordu.az