ABŞ şokda: Nyu Yorkda koronavirusdan hər 2.9 dəqiqədə bir insan öldü

ABŞ şokda: Nyu Yorkda koronavirusdan hər 2.9 dəqiqədə bir insan öldü

Ümumdünya Səhiyyə Təşkilatı "ABŞ-ın koronavirusun yeni mərkəzi olacağını" elan edəndən çox keçməmiş dünən elan edilən xəstəliklərin sayına görə ABŞ Çini iki dəfə geridə qoyub... Pandemiyadan ən çox əziyyət çəkən əyalət isə Nyu York olub.

Qaynarinfo xəbər verir ki, son statistikaya görə, Nyu Yorkda hər 2.9 dəqiqədə bir insan koronavirusdan dünyasını dəyişib.

Virusun yarandığı Çinin materik bölgəsindəki hadisələrin sayı 81 min 518 olduğu halda, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 164 min 620-ə çatıb. Beləliklə, ABŞ virusun yeni episentrinə çevrilib.

Ağ Evdə Covid-19 epidemiyası ilə bağlı keçirilən gündəlik mətbuat konfransında Tramp son gedişat haqda danışıb. ABŞ prezidenti N95 qoruyucu maskalarını dezinfeksiya edə biləcək yeni cihazı təqdim edərək deyib:

"Bu cihazların hər biri gündə 120.000 maska dezinfeksiya edə bilir. Virusa qalib gəlməkdən başqa çarəmiz yoxdur. Qarşımızda 30 çətin gün var. Bu 30 gün çox vacibdir".

Virusun yayılmasının modelləşdirilməsinə gəlincə, Tramp, virusun 2 həftə içində ən yüksək səviyyəyə çatacağını gözlədiklərini bildirib. "Verdiyimiz qərarlara əməl edərək 1 milyondan çox amerikalının həyatını qurtara bilərik. Gələcəyimiz öz əlimizdədir. Bizim görüdüyümüz işlər bu virusun taleyini müəyyən edəcək”, - prezident deyib.

ABŞ-da virus ilk dəfə 21 yanvarda Vaşinqton ştatının 30 yaşlı, son vaxtlarda Vuhana səfər etmiş bir kişidə müəyyən edilib. Sonrakı günlərdə ABŞ-da yoluxma hallarının sayı artmağa başlayıb.

Mənbə: qaynarinfo.az