"Biz bizə yetərik Türkiyəm"

"Biz bizə yetərik Türkiyəm"

Ərdoğan bu şüarla milli həmrəylik kampaniyasını başladıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Biz bizə yetərik Türkiyəm" şüarıyla milli həmrəylik kampaniyasına başladığını elan edib. Prezident Ərdoğan və nazirlərin də maaşlarını ianə edərək qatıldığı kampaniyada bank hesab nömrələri bəlli olub. SİA-nın məlumatına görə, kampaniya üçün xüsusi şirkətlərlə yanaşı, dövlət və özəl sektorlarda çalışan yüksək vəzifəli idarəçilər və məşhur adlar dəstək elanı ilə kampaniyaya qatılıb.

Milli Həmrəylik Kampaniyasında ianə edilə biləcək hesab nömrələri:

- T.C. Ziraat Bankası AŞ Ankara Kamu Kurumsal Şubesi-1745 - IBAN: TR 65 0001 0017 4503 2156 2050 21

- T.C. Ziraat Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi - IBAN: TR 22 0020 9000 0014 3597 0000 45

- Türkiye Vakıflar Bankası TAO Kolej Şubesi - IBAN: TR 55 0001 5001 5800 7310 2018 04

- Türkiye Vakıf Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi - IBAN: TR 45 0021 0000 0003 4994 7000 01

- Türkiye Halk Bankası AŞ Bakanlıklar Şubesi - IBAN: TR 34 0001 2009 4080 0005 0002 30

Kampaniyanın təfərrüatları barədə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyindən məlumat almaq mümkündün. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 aylıq maaşını kampaniyaya ianə edəcəyini açıqlayıb. Ərdoğan nazirlərin bəzilərinin üç aylıq maaşlarını bağışlamaq qərarına gəldiklərini və "Ümumilikdə nazirlərimiz və kabinetimizi müşayiət edən dostlarımız 5 milyon 200 min lirə yardım edib" deyə bildirib.

Mənbə: sia.az