Koronavirus haqqında daha bir mif dağıldı

Koronavirus haqqında daha bir mif  dağıldı

Elm adamları koronavirus haqqında miflərdən birini məhv etdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu mifi ABŞ-ın Stenford Universiteti Tibb Mərkəzinin mütəxəssisləri dağıdıb.

Mərkəzin mütəxəssisləri qeyd ediblər ki, qrip virusuna yoluxanların koronavirusa yoluxmamaları barədə mif yalandan başqa bir şey deyil. Onların sözlərinə görə, COVID-19 virusuna yoluxmuş təxminən hər beşinci şəxs digər tənəffüs xəstəliklərinə yoluxur.

Xatırladaq ki, bundan əlavə, kəskin respirator virus infeksiyaları əlamətləri ilə xəstəxanaya yerləşdirilən on nəfərdən biri koronavirusdur.

Mənbə: sia.az