İran koronavirusu müəyyən edən testləri Amerika xalqına hədiyyə edib - FOTO

İran koronavirusu müəyyən edən testləri Amerika xalqına hədiyyə edib - FOTO

Eastnews.org-un verdiyi xəbərə görə, İran istehsalı olan və koronavirusu müəyyən edən testlər ABŞ xalqının istifadəsi üçün İsveçrə səfirliyinə təhvil verilib.

Bu barədə "Mashreghnews" saytı məlumat yayıb.

Məlumata görə, İranın Bəqiyyətallah universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru mediaya verdiyi açıqlamasında bildirib ki, İran ABŞ hökuməti ilə düşməndir, xalqı ilə deyil: "Koronavirusu müəyyən edə testlər İsveçrə səfirliyinə təhvil verilib".

Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə İranda koronavirusla mübarizə çətinləşib. Koronavirusun yayılmasında sonra ABŞ yenidən İrana sanksiya tətbiq edib. Dünya ölkələrinin və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq ABŞ İrana qarşı sanksiyaları dayandırmayıb.

Mənbə: mashreghnews

Mənbə: eastnews.org